Baydenlə Trampın ilk debatı - Nələr baş verdi?

28-06-2024, 07:00 12 dəfə baxılıb

Baydenlə Trampın ilk debatı - Nələr baş verdi?


ABŞ-də seçkiöncəsi 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq Prezident Donald Tramp arasında ilk debat keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər.

Teledebat 90 dəqiqə çəkib. Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub.

Prezidentliyə namizədlər debatın əvvəlindən fikir ayrılığı yaşayıb və ABŞ iqtisadiyyatı, xarici əlaqələr, inflyasiya və Meksika sərhədindən ABŞ-yə miqrasiya ilə bağlı məsələlərdə ciddi mübahisələr aparıblar.

Baydenlə Trampın ilk debatı - Nələr baş verdi?


Bayden bir neçə dəqiqə öz fikirlərini ifadə etməkdə çətinlik çəkib. Prezidentliyə namizədlərin mikrofonları bir-birinin sözünü kəsməməsi üçün yalnız onlara söz verildikdə açıq olub.Tramp ədalətli olduğu təqdirqdə 2024-cü il seçkilərinin nəticələrini qəbul edəcəyini deyib, lakin sonra 2020-ci il seçkilərində saxtakarlıqla bağlı iddiaları təkrarlayıb.

“Artıq bizə hörmət edilmir” deyən Tramp Baydeni günahlandırıb. Bayden isə bir anda Trampa baxaraq “Bu, Amerika tarixindəki ən pis prezidentdir. Bu adamın Amerika demokratiyasına dair anlayışı yoxdur” cavabını verib.

Debatda Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. ABŞ-nin keçmiş Prezidentinin sözlərinə görə, Rusiya bütün Ukraynanı işğal edə bilər. Belə ki, Donald Tramp dəfələrlə bildirib ki, hakimiyyətdə qalsaydı, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilərdi.

Baydenlə Trampın ilk debatı - Nələr baş verdi?


Baydenin çıxışı ilə başlayan debat Trampın son sözü ilə yekunlaşıb. Co Bayden həyat yoldaşı Cil Baydenin köməyi ilə səhnəni tərk edib.

Növbəti debat ABC kanalı tərəfindən sentyabrın 10-da təşkil olunacaq.

CNN-in məlumatına görə, 2020-ci il seçki kampaniyasının debatlarında Bayden hər dəfə qalib gəlib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

Seçkilərə dörd aydan çox zamanın qaldığı bir vaxtda, Bayden-Tramp qarşıdurması ABŞ prezident seçkisinin ən erkən debatı olub. Tramp Baydenin 2021-ci ilin yanvarında baş tutan inauqurasiyasında iştirak etməyib və onlar o zamandan bəri bir-birlərini tənqid edirlər.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR