İŞİD Türkiyəyə nefti 12 dollardan satır - RUSİYA ŞOK SƏNƏD YAYDI

24-03-2016, 11:36 760 dəfə baxılıb

İŞİD Türkiyəyə nefti 12 dollardan satır - RUSİYA ŞOK SƏNƏD YAYDI












Rusiyanın "RT" telekanalı İŞİD terror qruplaşmasının Türkiyəyə "qara qızıl" satdığını sübut edən sənədlər və şahidlərə sahib olduğunu iddia edib

azinfo.tv qafqazinfo-ya istinadən bildirir ki, həmin sənədlərin kürd terror qruplaşması olan YPG-nin əlinə keçdiyi, daha sonra RT-nin müxirlərinə ötürüldüyü bildirilir. Elə həmin vaxtlarda kürd döyüşçülərin əlinə keçən Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin əsirləri İŞİD-in Türkiyəyə əlaqələrinə dair danışıblar.

Qeyd edilir ki, əş-Şəddadi Suriyanın neft hasil edən ən iri mərkəzlərindən biridir. "RT" jurnalistlərinin də oraya kürd qruplaşmasının İŞİD-çiləri qovmasından 10 gün sonra getdikləri deyilir. Telekanalın rejissoru bildirir ki, çəkilişlər təxminən 10 min nəfərin yaşadığı Şəddadidə aparılıb. İŞİD döyüşçüləri bütün əşyalarını, o cümlədən vacib sənədləri də qoyaraq qaçıblar.

Əsir türk döyüşçülərin dediklərinə görə, əksər islamçılar İŞİD-ə Türkiyə ərazisindən keçərək qoşulurlar. Türkiyə hökuməti, gömrükçüləri isə onlara heç bir məhdudiyyət qoymur. Onların fikrincə, buna səbəb Türkiyənin İŞİD-lə ortaq düşməni olmasıdır - YPG. Türkiyə düşmənindən başqasının əli ilə xilas olmağa çalışır. Neft ticarəti aparılır, bunu dəqiq bilirəm. Bundan başqa, onlar İŞİD-ə qida məhsulları ilə yardım edirlər".

Əgər təqdim edilən sənədlərə inansaq, İŞİD Türkiyəyə nefti barelli 12-26 dollardan satır.

İŞİD Türkiyəyə nefti 12 dollardan satır - RUSİYA ŞOK SƏNƏD YAYDI


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR