“İŞİD-in 100 nəfərlik “ölüm qrupu” Türkiyədədir” – DƏHŞƏTLİ PLAN

12-10-2015, 13:08 851 dəfə baxılıb

“İŞİD-in 100 nəfərlik “ölüm qrupu” Türkiyədədir” – DƏHŞƏTLİ PLAN

















Ankaradakı terror aktı İŞİD terror təşkilatı tərəfindən həyata keçirilib

Publika.az Rusiyanın “Sputnik” agentliyinə istinadən xəbər verir ki, İŞİD lideri Bağdadinin də dəstəklədiyi terror aktı barədə qərar təşkilatın Türkiyə “şura”sı tərəfindən qəbul edilib.
Agentliyin iddiasına görə, İŞİD Türkiyənin İncirlik bazasının ABŞ üçün açılmasına cavab olaraq Ankarada terror aktı törədib. Bildirilir ki, İŞİD-in ilk hücum üçün Ankaranı hədəf seçməsinin səbəbi başda Xalqların Demokratik Partiyası (HDP) olmaqla Türkiyədəki sol partiyalardan intiqam almaq, həmçinin paytaxtda terror aktı həyata keçirmək gücündə olduğunu Türkiyə hökumətinə göstərməkdir.
Agentliyin iddiasına görə, İŞİD Suriyadan Türkiyəyə 100 nəfəri göndərib. Türkiyəyə keçən bu qrupun böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğu və təcrübəli İŞİD üzvlərinin olduğu bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR