Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı

Bu gün, 10:00 4 dəfə baxılıb

Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı


Yaxın Şərqdə İsraillə münasibətlərin normallaşdırılması ətrafında sensasion iddia yayılıb.

İsrailin “Kanal 11” televiziyasının məlumatına görə, region ölkələrindən birinin digərinə İsraillə həqiqi sülhə nail olmaq məqsədilə deyil, taktiki addım kimi saziş bağlamağı tövsiyə etdiyi barədə qeyri-rəsmi məlumatlar var.

İddiaya əsasən, təklifin mahiyyəti Təl-Əvivlə sülh sazişi bağlamaq, bununla İsrailin sayıqlığını azaltmaq və gələcəkdə daha genişmiqyaslı mümkün qarşıdurmaya hazırlaşmaq üçün vaxt qazanmaqdan ibarət olub. Hətta sonrakı mərhələdə həmin sazişdən imtina edilməsinin mümkünlüyünün də nəzərdən keçirildiyi bildirilir.

“Kanal 11”in məlumatında qeyd olunur ki, İsrail hərbi senzurası sözügedən iki ölkənin adlarının açıqlanmasına qadağa qoyub. Bildirilir ki, bundan sonra İsraillə münasibətlərin normallaşdırılması istiqamətində mümkün cəhdlər ictimaiyyətə təqdim ediləcəyindən qat-qat mürəkkəb olacaq.

Bununla yanaşı, İsrailin qeyri-rəsmi media resurslarında həmin ölkələrin kimliyi ilə bağlı məlumatlar yayılır. İddialara görə, İsraillə taktiki sülh sazişi bağlaması tövsiyə edilən ölkə Səudiyyə Ərəbistanı, belə yanaşmanı təşviq edən ölkə isə Türkiyədir.

Qeyd edək ki, son dövrdə Türkiyə ilə İsrail arasında Yaxın Şərq, Şərqi Aralıq dənizi və Afrikanın bəzi bölgələri də daxil olmaqla bir sıra məsələlər üzrə fikir ayrılıqları getdikcə dərinləşir.

Bu məlumatlar Səudiyyə Ərəbistanının ABŞ ilə mülki nüvə proqramına dair danışıqları davam etdirdiyi bir vaxta təsadüf edir. İsraillə münasibətlərin normallaşdırılması bu danışıqlarda əsas şərtlərdən biri kimi tez-tez gündəmə gətirilir.

Eyni zamanda, Türkiyə və Səudiyyə Ərəbistanının təhlükəsizlik sahəsində son vaxtlar daha da yaxınlaşdığı bildirilir. Bu yaxınlaşmanın Məkkədə üçtərəfli müdafiə sazişinin imzalanması ilə yeni mərhələyə keçdiyi qeyd olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR