Ukrayna Rusiya neft zavodlarına zərbələri bərpa etdi: İlk hədəf Moskva oldu

Bu gün, 06:08 6 dəfə baxılıb

Ukrayna Rusiya neft zavodlarına zərbələri bərpa etdi: İlk hədəf Moskva oldu


Ötən gecə Ukrayna Moskva vilayətinə kütləvi dron hücumu təşkil edib.

Moskva meri Sergey Sobyanin vilayətə 700-dək dronla hücum olunduğunu, onun 109-nun bilavasitə paytaxt səmasında zərərsizləşdirildiyini elan edib.

Mer əlavə məlumat açıqlamayıb. Lakin sosial şəbəkələrdə Moskvanı 40 faiz yanacaqla təmin edən Kapotni Neft Emalı Zavodundakı yanğının görüntüləri paylaşılmaqdadır.

Bundan əlavə, Moskva yaxınlığında paytaxta yanacaq məhsullarının ötürülməsini təmin edən paylayıcı stansiya da hücuma məruz qalıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə dünyada dizel qıtlığına Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrinin səbəb olduğunu bəyan edib. O, bir neçə dəfə Ukrayna prezidenti Vladimir Zelenskidən zavodlara zərbələri dayandırmasını xahiş edib. Bu xahişlərdən sonra 1 həftə ərzində Rusiya zavodlarına hücum olunmayıb, lakin Ukrayna şəhərlərində mühüm körpülərə səbəbsiz hücumlardan sonra dron zərbələri ötən gecədən bərpa edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR