ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə şəraitində Los-Anceles və San-Dieqonun məhv olma riski ilə üzləşə biləcəyi ehtimal olunur.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Nebraskada tərəfdarlarının mitinqində verib.
İran üzərində qələbəyə nail olmağın zəruriliyindən danışan Tramp bildirib ki, müharibə ilə bağlı xərclər ABŞ-nin və dünyanın təhlükəsizliyi üçün kiçik qiymətdir.
"Onlar bir şəhəri məhv edə bilərlər. Qoy Los-Ancelesi məhv etsinlər, qoy San-Dieqonu məhv etsinlər. Bu, ödəniləsi çox kiçik qiymətdir", - ABŞ lideri deyib.
Eyni zamanda, Tramp bu şəhərlərə kimin hücum edə biləcəyini və bu qiymətləndirmənin nəyə əsaslandığını dəqiq açıqlamayıb.
ABŞ Prezidenti həmçinin İranla müharibənin tezliklə başa çatacağına əminliyini ifadə edərək, onun demək olar, bitdiyini bildirib.
loading...