Misirdə azərbaycanlı səyyahın pulunu əlindən aldılar - VİDEO

16-08-2015, 19:48 696 dəfə baxılıb

Misirdə azərbaycanlı səyyahın pulunu əlindən aldılar - VİDEO

















Səyyah pulu qurtardığı üçün istəmədən səyahəti dayandırdığını deyib

Çindən İspaniyaya qədər Asiya və Avropa qitələrini velosipedi ilə gəzən azərbaycanlı səyyah Ramil Ziyadov Misirdə saxlanılıb.

azinfo.tv-ın ANS-ə istinadən məlumatına görə, səhrada saxlanıldığını deyən Ramil Ziyadov cibində olan 400 dolların həmin şəxslər tərəfindən götürüldüyünü idia edib.

“Türk Hava yolları” (THY) aviaşirkətinə aid təyyarə ilə ötən gün Qahirədən İstanbula gedən Ziyadov başına gələnlər barədə mətbuata açıqlama verib. Azərbaycanlı səyyah onunla cəsus kimi rəftar olunduğunu bildirib:

“Məni cəsus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm”.

Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov hər iki ölkənin də Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib.

Avqustun 11-də Misirə getdiyini bildirən Ziyadov avqustun 13-də Liviyaya getmək istəyərkən səhrada silahlı şəxslər tərəfindən saxlanıldığını sonra azadlığa buraxılmasının əvəzinə cibindəki 400 dolların polislər tərəfindən götürüldüyünü qeyd edib. Pulu qurtardığından istəmədən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib.

Xatırladaq ki, azərbaycanlı səyyah Ramil Ziyadov 2013-cü ilin may ayında velosipedi ilə dünya səyahətinə çıxıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR