Epidemiya can almağa davam edir — Azı 62 nəfər ölüb

22-02-2018, 11:22 636 dəfə baxılıb

Epidemiya can almağa davam edir — Azı 62 nəfər ölüb














Yəmən Səhiyyə Nazirliyi difteriya epidemiyası səbəbindən 62 nəfərin öldüyünü açıqlayıb.
AZTB.info xəbər verir ki, açıqlamaya görə, ölkədə difteriyanın meydana çıxıdığı 2017-ci ilin avqustundan bu yana 62 nəfər həyatını itirib. Eyni zamanda, 933 nəfərdə epidemiyanın simptomları tapılıb.

Epidemiyanın İb və Əl-Hudeydə şəhərlərində daha çox yayıldığını deyən nazirlik nümayəndəsi Əli əl-Validi, xəstəliyin yayılmasının qarşısını almaq üçün peyvənd kampaniyası başladılacağını bildirib.
Qeyd edək ki, Yəməndə 3 ildir davam edən vətəndaş müharibəsi nəticəsində əhaliinin yarıdan çoxu təmiz su ilə təmin olunmur. Bu fakt epidemiyaların yayılmasının ən böyük səbəblərindən biridir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR