İrəvan Qərbə qarşı: 5 min İran şirkəti Ermənistand

27-02-2019, 11:08 155 dəfə baxılıb

İrəvan Qərbə qarşı: 5 min İran şirkəti Ermənistand


Ermənistan İqtisadi İnkişaf Nazirliyi 1 yanvar 2019-cu il statistikasına əsasən, Ermənistanda 5310 İran şirkətin olduğunu açıqlayıb.

Bu məlumatı “Armenpress” yayıb. Məlumata görə, bu göstərici Ermənistanda qeydə alınan xarici şirkətlərin ümumi sayının 36,6%-ni təşkil edib. Bununla bərabər, Ermənistandakı böyük İran şirkətləri özəlliklə informasiya texnologiyaları, emal sənayesi, tikinti, daşınmaz əmlak, ticarət, kənd təsərrüfatı, turizm və nəqliyyat sahəsində özlərinə yer ediblər.

2018-ci ildə Ermənistanla İran arasında ticarət həcmi 363,2 milyon dollar təşkil edib. 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci ildən 40,5% çox olub. Belə ki, 2017-ci ildə bu göstərici 258,8 milyon dollar təşkil edib.

2018-ci ildə Ermənistandan İrana ixracat 12% artaraq 94,2 milyon, İrandan Ermənistana idxalat isə 54,2% artaraq 269,42 milyon dollar təşkil edib.

Maraqlı məqam odur ki, İranla Ermənistan arasında ticarət dövriyyəsi ABŞ sanksiyalarının Tehrana qarşı gücləndiyi zamanda artır. Belə ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan hökumətindən İrana qarşı sanksiyaları artırmasını və Tehranla müəyyən sahələrdə ticarət əlaqəsini dayandırmasını istəyib. Buna rəğmən Paşinyan İranla əlaqələri dayandırmayacağını bildirib. Üstəlik, İranla Avrasiya İttifaqı arasında azad ticarət zonasının yaradılması barədə razılaşma imzalanıb ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə şərait yaradıb.

Qərb mətbuatında isə İran bankları üçün SWIFT sisteminin söndürülməsindən sonra Tehranın erməni banklarıyla bərabər, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisindəki banklardan müxtəlif transferlərin həyata keçirilməsi üçün istifadə etməsiylə bağlı informasiyalar yayılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR