İran bazarlarını Ermənistanın üzünə açır –300-dək məhsul aşağı gömrük tarifləri ilə ixrac ediləcək

6-03-2019, 00:00 497 dəfə baxılıb

İran bazarlarını Ermənistanın üzünə açır –300-dək məhsul aşağı gömrük tarifləri ilə ixrac ediləcək

Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyinin (AİB) üzvləri, o cümlədən Ermənistan 80 milyon əhalisi olan İran bazarına 300-dək məhsulu aşağı gömrük tarifləri ilə ixrac edə biləcək.

Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri Tiqran Xaçaturyan deyib ki, AİB üzvləri olan Rusiya, Qırğızıstan və Belarus artıq İranla sadələşdirilmiş ticarət sazişini ratifikasiya ediblər və Ermənistan da tezliklə bunu edəcək. Bu saziş həm AİB, həm də İranda fəaliyyət göstərən şirkətlərə böyük imkanlar açacaq.

Bəs görəsən, ABŞ-ın İrana sanksiyaları bu sənədə təsirini göstərə bilərmi? Nazir sanksiyaların müvəqqəti xarakter daşıdığını, sazişin isə uzunmüddətli olduğunu vurğulayıb:

“Sadələşdirilmiş ticarət sazişi… Ermənistan qurumlarının İran bazarına daha asan yolla çıxmasına imkan yaradacaq. Rusiya, Ermənistan, Belarus və Qazaxıstan bazarlarını ikinci dərəcəli hesab etməyən İran istehsalçılarına da faydası dəyəcək, özəlliklə də, İran iqtisadiyyatının hazırkı durumunu nəzərə alanda… Sanksiyaların, əlbəttə, təsiri var. Onlar bir qayda olaraq, müəyyən istiqamətdə işləyən İran istehsalçıları ilə əməkdaşlıq edənlərə təsir göstərir. Sanksiyalar müvəqqəti, saziş uzunmüddətlidir”.

Nazirliyin məlumatına görə, Ermənistan tərəfi ixrac planında özü üçün birinci dərəcəli maraq kəsb edən, Ermənistandan İrana ixracda xüsusi çəkisi olan məhsulların siyahısını təqdim edib.

Məsələn, sənədin ratifikasiyasından sonra Ermənistandan İrana mal əti indiki 26% deyil, 10 faizlik rüsumla ixrac olunacaq. Mineral və qazlı içkilər üçün rüsum 55%-dən 14%-ə alınır. Amma Ermənistan tərəfi üçün az əhəmiyyət kəsb etməyən qoyun əti, balıq, bal kimi məhsullara gömrük tarifləri dəyişməz qalıb.

Nazir deyib ki, İrandan Ermənistana aşağı rüsumlarla daşınan məhsulların siyahısına isə neft məhsulları salınmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR