Canlı yayımda BİABIRÇILIQ: "Ata, sənin hamilə arvadın məşuqəm olub" - VİDEO - FOTO

26-09-2015, 13:19 743 dəfə baxılıb

Canlı yayımda BİABIRÇILIQ: "Ata, sənin hamilə arvadın məşuqəm olub" - VİDEO - FOTO

















Rumıniyanın ən məşhur müğənnilərindən biri, "qaraçı kralı" sayılan Nikolae Quta ölkə telekanallarından birində hamilə arvadını döyüb

Səbəb isə onun əvvəlki nikahdan olan oğlu ilə arvadı arasında "eşq əlaqələri"nin olması barədə açıqlama idi.
Milli.Az European-a istinadən bildirir ki, tok-şouya dəvət olunmuş milyonçu müğənni Nikolae Qutanın 5 qadından 10 oğlu var. Proqramda 47 yaşlı Nikolae Qutanın arvadı, rəqqasə Yuliya, habelə müğənninin sabiq arvadı Narsisiya və onun oğlu Nikuda iştirak edirdilər. Hər şey normaldı, amma Niku qəflətən deyib: "Sənin indiki hamilə arvadın Yuliya bir zamanlar mənim məşuqəm olub. Bundan xəbərin varmı, ata?!"
Bu sözləri eşidən Nikolae çılğına dönüb və yanında oturan arvadına tərəf dönərək Yuliyanın saçlarından yapışıb, onu vurmağa başlayıb. Daha sonra isə o, oğlunu döymək istəyib. Nikolaeni aparıcılar güclə sakitləşdiriblər.
Hamilə Yuliya ağlayaraq studiyanı tərk etmək istəsə də, sonradan fikrini dəyişib və Nikuya hücum edib: "Şərəfsiz! Fahişənini oğlu! Səni anan öyrədib! Yalan danışırsan, alçaq!"
Nikunun dediyinə görə, onun atası əvvəlki məşuqəsi Flori ilə yaşayanda o, Yuliya ilə tanış olub: "Flori həmin vaxt atamın 11-ci övladına hamilə idi. Yuliya da barlardan birində rəqqasəlik edirdi. Yuliya ilə tanış oldum, sonra onu evə apardıq və gecələdik. Sonralar dəfələrlə görüşdük. İndi də o, atamın yeni arvadıdır".
Nikunun dediyinə görə, atasının daha bir sabiq məşuqəsi, "Rumıniyanın Beyonsesi" kimi tanınan 23 yaşlı Madalina Dumitru ilə də yataqda olub.
Əsl ad və soyadı Nikolae Linquraru olan Nikolae Quta "manele" stilində qaraçı mahnılarını oxuyaraq məşhurlaşıb. Banklara əsla inanmayan Quta pullarını evlərə, villalara, habelə zərgərlik məmulatlarına yatırır.

VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR