Paşinyan sürücüsünün əmisi oğlunu gömrüyə direktor təyin edib

23-04-2019, 16:55 272 dəfə baxılıb

Paşinyan sürücüsünün əmisi oğlunu gömrüyə direktor təyin edib

Ermənistanın Baş naziri Nikol Paşinyan sürücüsünün əmisi oğlunu “Noraqavit” gömrük məntəqəsinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə direktoru təyin edib.

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, iki həftə əvvəl N.Paşinyan Ermənistan bayrağına görə gömrük məntəqəsinin əməkdaşını, bir müddət sonra isə gömrük məntəqəsinin rəisini işdən azad edib. Belə ki, hökumət başçısı həmin məntəqədə olarkən, dövlət bayrağını aşmış vəziyyətdə görüb.

Baş nazirin sürücüsünün əmisi oğlu bundan əvvəl hava limanında yerləşən gömrük məntəqəsinin yük bölməsinin rəisi işləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR