Xərçəngin qarşısını alan çay

30-07-2019, 13:05 217 dəfə baxılıb

Xərçəngin qarşısını alan çay


Bütün xəstəliklərin dərmanını təbiətin özündə axtarmaq lazımdır. Təbii otlar, bitkilər əslində bir çox xəstəliklərin əlacıdır.

Dünyada ən çox yayılan faydalı bitkilərdən biri də çobanyastığı çiçəyidir.

Qurudulmuş çobanyastığı çiçəklərindən hazırlanan çay olduqca məşhur içkidir. Həm daxili orqanlara, həm də dərinin gözəlləşməsinə xidmət edir.

Çobanyastığı çayı yuxusuzluq problemini aradan qaldırır, stresslə mübarizə aparır. Xərçəngin qarşısını alır. Tərkibindəki antioksidant apigen maddəsi sayəsində döş xərçəngi prostat və digər bəlaların yaranmasından qoruyur.

Bundan başqa çobanyastığı çayı iltihabı azaldır, saçlara canlılıq və gözəllik bəxş edir.

Hətta şəkər xəstələri üçün əvəzsiz içki, dərman sayılır. Belə ki, qan şəkərini, və insulinin miqdarını stabil saxlayır.

Amma unutmayın ki, hamilə qadınlara bu çaydan çıx içmək olmaz. Çünki bətndəki körpənin tələf olmasına gətirib çıxarda bilər.(publika.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR