"SEREBRO"dan Bakı pərəstişkarlarına müraciət - VİDEO

9-08-2015, 02:05 1131 dəfə baxılıb

"SEREBRO"dan Bakı pərəstişkarlarına müraciət - VİDEO

















Rusiyanın məşhur "SEREBRO" qrupunun solistləri Bakıda təşkil olunacaq konsertlə bağlı pərəstişkarlarına video-müraciət ediblər

Qaynar.info xəbər verir ki, müraciətdə cazibədar qızlar bütün arzu edənləri "Dalga Beach Nightclub"a “qaynar gecə” yaşamağa dəvət ediblər.

Video-müraciətin maraq cəlb edən cəhəti ondan ibarətdir ki, Rusiya estradasının müasir seks-simvolları sayılan qızlar kamera qarşısına büstqaltersiz çıxıblar.

Qeyd edək ki, "SEREBRO" qrupunun "Dalga Beach Nightclub"da konserti avqustun 8-i gecə 22.00-dan etibarən başlayacaq. Həmçinin gecədə DJ Peaceful Mind, DJ Arthur və DJ Fortune də səhnəni bölüşəcəklər.

Qərbdə Rusiyanın "musiqi fenomeni" adlandırılan "SEREBRO" qrupu qızlardan ibarət maqnetik enerjili trionun məşhur rusiyalı prodüser Maksim Fadeyevin ölkədə və onun hüdudlarından kənarda tanıtdığı layihədir. Yubileyini qeyd etdiyi 2012-ci ildə "SEREBRO" dünya miqyaslı sıçrayışa nail olub. "Mama Lyuba" və "Mi Mi Mi" hitlərinin Avropa, Latın Amerikası və Asiyada səs-küylü uğuru onlara 2012-ci ildə albomlarına platin statusu və bütün görkəmli dünya hit-paradlarında aparıcı yerlər gətirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR