Müxalifət liderlərini timsahlara yedirdən prezident - İnanılmaz

26-07-2018, 10:57 468 dəfə baxılıb

Müxalifət liderlərini timsahlara yedirdən prezident - İnanılmaz



O, daim gözəl qadınların əhatəsində görünür, ən bahalı brendlərin kostyumlarını geyinirdi.

Krallar kimi yaşyırdı. Sui-qəsdlərdən qorxurdu deyə, hara gedəcəyini qabaqcadan heç kəs bilmir, hərəkət marşrutu yalnız ən yaxınlarına məlum olurdu. 7 dəfə həyatına qəsd olsa da, burnu belə qanamamışdı. Əhali onu caduğər və toxunulmaz hesab edirdi. Düşmənlərinə qarşı da amansız idi. Onları timsahlarına yedirtməyi sevirdi.

PeykTv.az-ın “Diktatorlar” layihəsində söhbət Toqo prezidenti Qnassinqbe Eyademadan gedəcək.



Təbəssümün arxasındakı yırtıcı



Qnasinqbe Eyadame ilə ilk görüşünü ABŞ-ın Toqodakı sabiq səfiri Conni Yanq belə xatırlayır:

“O, ilana oxşayır, görkəmindən ağllı insan təsiri bağışlayır. Lakin baxışları... sanki insanı dəlib keçir. Dəhşətli adamdır”.

Həmin görüş 1994-cü ildə olmuşdu. Prezident səfiri paytaxt Lomadakı sarayında qəbul edirdi. Görüşə ən dəbli mavi kostyumda, qızılı eynəkdə gəlmişdi. Üzündə təbbəssüm vardı. Ancaq bu təbəssümün arxasında bir yırtıcının dayandığını hamı bilirdi.

Qnassinqbe Eyadema Toqoda hakimiyyəti 38 il əlində saxladı. Hər yerə onun portreti vurulmuşdu - binalara, köşklərə, otel vestibüllərinə.

Vəzifəli şəxslər və sahibkarlar prezidentin şəkli, yaxud emblemi olan qol saatı gəzdirər, kostyumlarına döş nişanı vurardılar.

Xalqın qarşısına gözəl qadınların əhatəsində çıxırdı. Bu qadınlar mahnı oxuyaraq prezidenti vəsf edərdilər, rəqsləri ilə milləti əyləndirərdilər.

Paytaxt Lomada, eləcə də diğər şəhərlərdə prezidentin çoxsaylı bürünc heykəlləri qoyulmuşdu.

Hakimiyyətdə qalmağa təkcə bunlar bəs etmirdi. Şəxsiyyətə pərəstiş öz yerində. Prezident keçmiş hərbçi kimi ordudan bacarıqla istifadə edirdi. Müxalifəti tamamilə məhv etmişdi. Deyilənə görə, nifrət etdiyi liderləri sarayındakı timsahlara yem etmişdi. Toqonu onun hakimiyyəti dövründə minlərlə insan tərk etmişdi.



Kürü diplomatiyası



Əcnəbilərə, əsas da hamisi olan fransızlara isə əksinə, Qnassinqbe Eyadema başqa cürə yanaşırdı. Fransa diplomatlarını bu ölkədə həmişə ən yaşı şampan və viskilər gözləyirdi.

Nüfuzlu diplomat və biznesmenləri prezident aeroporta şəxsən özü qarşılamağa gedirdi.

O, qonaqlarını dəbdəbə ilə qarşılamağı sevirdi. Onlar ən yaxşı otellərdə yerləşdirilir, şərəflərinə ziyafətlər verilirdi.

Qonaqlar bahalı şərablarla yanaşı mütləq şəkildə prezidentin çox sevdiyi Çin pivəsi və yanında məzə kimi qara kürüdən dadırdılar. Eyadema Afrikada qlamur Avropa atmosferi yaratmağı ilə fəxr edirdi.

Adətən, prezident qonaqlarını Lomadakı sarayında qəbul edirdi. Ağ mərmərdən fasad, iri pəncərələr, bağ-bağat, dəbdəbə göz qamaşdırırdı. Burada olanda elə hesab edirdin ki, Avropadakı qədim malikanədəsən. Ancaq bura acından ölən Afrika idi.

Düzdür, prezidentin Avropada da mənzilləri vardı. İlk mənzilini Parisdə kreditlə almışdı.

Həmin il Fransa Toqoya bir neçə milyon dollar həcmində maliyyə yardımı ayırdı. Həmin yardımdan sonra mənzilin krediti tez bir zamanda bağlandı.

Prezidentliyinin ilk vaxtlarında kasıb olan Eyademanın varidatı 2002-ci ildə FORBES-ə görə, 4,5 milyard dollara çatmışdı.

Prezidentin ölkənin müxtəlif yerlərində sarayları vardı. O, əyləncəni sevirdi. İdman yarışları da ona bir başqa zövq verirdi.

Caduğər





Yuxarıda qeyd etdiyimiz kimi, prezidentin hərəkət marşrutunu məhdud sayda adamlar bilirdi. Ona görə Eyademaya qarşı sui-qəsd təşkil etmək çox çətin idi.

Əsanələrə inanan afrikalılar hesab edirdilər ki, o, caduğərdir. Heç bir güllə onu məhv edə bilməz.

Əslində, belə düşünməyə əsas da vardı. Prezident şanslı idi. 1974-cü ildə onun təyyarəsi qəzaya uğramışdı. Prezidentdən başqa heç bir sərnişin sağ qalmamışdı. Bu, bir təsadüf idi. Ancaq bu təsadüfdən prezident əla istifadə etdi. Eyadema bəyan etdi ki, şər qüvvələrə qalib gəlib. O, məğlubedilməzdir. Təyyarənin qəzaya uğradığı yer müqəddəs hesab edildi, hətta ziyarətgaha çevrildi. Minlərlə ölkə vətəndaşı o yerə zəvvar kimi getdi. İnsanlar hesab edirdi ki, prezidenti mələklər qoruyur.

Üstəlik bir neçə dəfə sui-qəsd uğursuz oldu. Toqoda deyirdilər ki, prezidenti insan əli ilə öldürmək mümkün deyil. Ancaq 2005-ci ildə ölməz prezident özünü pis hiss etdi. Şəxsi təyyarəsində onu İsrailə apardılar. Ancaq təyyarə Afrika qitəsini tərk etməyə macal tapmamış prezident ürək tutmasından ölümə təslim oldu.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR