Seçki kampaniyası zamanı Prezident necə qorunur? - Kütlə içində “əriyən” agentlər

31-07-2018, 00:07 521 dəfə baxılıb

Seçki kampaniyası zamanı Prezident necə qorunur? - Kütlə içində “əriyən” agentlər



Beynəlxalq aləmdə hamı tərəfində qəbul edilmiş qaydalar var: Ali Baş Komandanın həyatı qorunur, təhlükəsizliyi təmin olunur. İstər ABŞ olsun, istər Fransa, istərsə də Azərbaycan - dövlət başçısının təhlükəsizliyi üçün məsuliyyəti birbaşa ölkənin təhlükəsizlik orqanları, xüsusi mühafizə xidmətləri daşıyırlar. Bəzi ölkələrdə həmin xidmətlər olduqca geniş səlahiyyətlərə, bir çox hallarda xüsusi statusa malikdirlər. Və tam məxfi şəraitdə işləyirlər. Bu təbii haldır, çünki terorizmin tüğyan etdiyi şərait bunu tələb edir.



Peyktv.az dünyanın ən məxfi strukturu haqda araşdırmanı təqdim edir:



As sürücülər



Prezident avtomobillərinin sürücüləri təkcə öz işlərinin sənətkarı deyil, həm də sözün əsil mənasında virtuozdular. Onların hər biri maşını tək əllə (əgər bir əlinə güllə dəyibsə) idarə edə, hətta buz üstə sürətlə şütüyəndə belə, 180 dərəcə də keçidlərə, döngələrə döndərir və dayanmadan yoluna davam edir.

Prezident avtomobilini müşayət edən diğər maşınlar da sinxron qaydada həmən hərəkəti-əməliyyatı təkrar edirlər. Sürücülər bir qayda olaraq xüsusi xidmət orqanlarının zabitləri arasından fiziki cəhətdən güclü və sağlam adamlardan seçilirlər. Onlar yüksək sürətlə gedən avtomobildən bir əllə istənilən hədəfi tapançadan, avtomatdan dəqiq nişan ala bilirlər. Məsafəsindən asılı olmayaraq.



Kütlə içində “əriyən” agentlər



Mühafizə xidmətinin əməkdaşları üçün kütləvi tədbirlər, əhali ilə görüşlər və söhbətlər zamanı dövlət başçısının təhlükəsizliyini təmin etmək olduqca əsəbi keçir. Məsələn, seçki kampaniyası zamanı. Mühafizəçilər onu hər tərəfdən araya alırlar. Onlardan hər birinin dəqiq müəyyənləşdirilmiş müşahidə sektoru olur. Müşahidəçilər gözlərini qırpmadan, radar şüası kimi sağı-solu, aşağını-yuxarını nəzarət altında saxlayırlar. Onların gözləri avtomatik olaraq hər şeyi “qeyd”ə alır. Kimin cibində nə var, kimin baxışından təəccüb, qəzəb var, kim əsəbidir, kim qəfil gözlənilməz jestlər edir və s. Belə görüşlərdə mühafizəçilərdən başqa sayı heç kim üçün dəqiq bilinməyən xüsusi-məxfi xidmət orqanlarının əməkdaşları da iştirak edirlər. Onlar bir qayda olaraq kütlə içərisində “əriyir”, camaata qarışırlar. İlk baxışda müşahidə apardıqları hiss olunmur. Ancaq hər şey onların bilavasitə müşahidə və nəzarət zonasında olur.

Onlardakı unikal cihazlar görüşə gələnlərin, ətrafdakıların özlərinin də xəbəri olmadan üstlərində, ciblərində, sumkalarında neçə kiloqramlıq dəmir, metal maddə olduğunu təyin etməyə imkan verir. Təbii ki, belə şəxslər ciblərindəki zərərsiz açar, yaxud alışqan olmasından asılı olmayaraq xüsusi müşahidə altına düşürlər.

Mühafizə xidməti Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq strukturları ilə sıx əlaqədə işləyir. Xarici səfərlər zamanı isə beynəlxalq protokol qaydalarına uyğun olaraq dövlət başçılarının təhlükəsizliyi üçün məsuliyyəti dəvət edən tərəf daşıyır.

Prezidentlər səmada - təyyarədə olarkən də ciddi qorunurlar. Elə bu səbəblərdən də onların səmada hər hansı qəzaya uğrama ehtimalları azdır Təbii, hərdən istisna da olur. Bir neçə il əvvəl Polşa prezidentinin təyyarəsi Rusiya ərazisində parça-parça oldu.

(ardı var)

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR