Qan vermək orqanizmi daha da sağlam edir - BİLMƏDİYİNİZ FAYDALARI

1-09-2018, 11:37 550 dəfə baxılıb

Qan vermək orqanizmi daha da sağlam edir - BİLMƏDİYİNİZ FAYDALARI


Bir çox insan xəstəlik, ya da hər hansı qəzadan sonra qan tapmadığı üçün həyatını itirir. Bunun üçün də qan verərək həmin insanlara həyat bəxş etmək olduqca humanist bir davranışdır. Bəs heç bilirsinizmi qan vermək insan orqanizmi üçün də olduqca faydalıdır?

Bilmirsinizsə, Unikal.org-un təqdim etdiyibu yazını oxuyun. Qan vermənin insan orqanizminə faydalarını diqqətinizə çatdırırıq.

- Qan verən şəxsin qan hüceyrələri gənc hüceyrələr istehsal etməyə başlayır.

- Artan canlı qan sümük iliyinin yağlanmasının qarşını alır.

- Qanda yaranan yağ səviyyəsi düşür, bədənə bərabər miqdarda yağ yayılır.

- Qan verməzdən qabaq AIDS, Hepatit B, Hepatit C və sifilis kimi təhlükəli xəstəliklərin araşdırılması aparılır. Beləliklə də, qan verən şəxsin bu xəstəlikləri daşıyıb-daşımadığı ortaya çıxır.

- Qan verdikdən sonra stress azalır, yüksək təzyiq tənzimlənir.

- Qan verən şəxsin yorğunluq və baş ağrı şikayətləri azalır.

- Mütəmadi həyata keçirilən qan vermə ürək tutması riskinin azalmasına səbəb olur.

- Verilən qandan sonra bədəndəki qan özünü tənzimləyir ki, bu da mütəmadi qan verən şəxsin sağlam bir orqanizmə sahib olmasını təmin edir.

- İldə ən az iki dəfə qan verilməsi məsləhətdir.



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR