Bakıda iki azyaşlı yoxa çıxdı

20-11-2019, 14:42 303 dəfə baxılıb

Bakıda iki azyaşlı yoxa çıxdı

Bakının iki rayonunda azyaşlılar itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Digər azyaşlı isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb.

Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı onun valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR