Qızına qarşı 3 dəfə seksual hərəkətlər edən şərəfsiz kimdir? - TƏFƏRRÜAT

11-05-2020, 16:28 230 dəfə baxılıb

Qızına qarşı 3 dəfə seksual hərəkətlər edən şərəfsiz kimdir? - TƏFƏRRÜAT

Azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edən Nəcəfov Fərhad Adil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər etmə- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum edilən F.Nəcəfovun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrlik edəcək.

Məhkum olunan şəxsin vəkili Nərminə Məmmədovanın “Yeni Sabah”a verdiyi məlumata görə, müdafiə etdiyi Fərhad Nəcəfov 2014-cü ildə bibisiqızı olan həyat yoldaşından boşanıb: ”Fərhad boşandıqdan sonra övladları və keçmiş yoldaşı ilə bir evdə yaşayırdı.

Qadın uşaqları atasının yanına qoyub işə gedirdi. Hadisə əslində qadının şikayətindən 1 il 4 ay qabaq baş verib. Ancaq F.Nəcəfovun keçmiş qayınanası 1-ci onun evdən çıxarılması ilə bağlı, sonra isə atasının qızına qarşı 3 dəfə seksual xarakterli hərəkətlər etməsi ilə bağlı polisə şikayət edib. Qeyd edim ki, F.Nəcəfov 2-ci qrup əlil, şizofreniya xəstəsidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR