Tanınmış alimin oğlu 9 cinayət əməlinə görə həbs edilib - ILGINC

18-05-2020, 17:36 218 dəfə baxılıb

Professor oğlu 9 mənzildən oğurluq etdiyi üçün həbs edilib.

“Yeni Sabah”ın məlumatına görə, əvvəllər məhkum olunmuş Meybullayev Raci Məmməd Həsən oğlu ötən ilin avqust ayında Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və ona oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Binəqədi Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən R.Meybullayev apellyasiya şikayəti verib. Raci Meybullayevin məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov sədrlik edəcək.

Qeyd edək ki, Raci Meybullayev Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının müdiri olan Məmmədhəsən Xanlar oğlu Meybullayevin oğludur. İqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev 2014-cü ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR