Masallıda avtomobil kanala aşdı: ölən var
Masallı rayonunun Ərçivan kəndində "LADA" markalı minik avtomobilinin yol kənarındakı su kanalına aşıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.