Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

Bu gün, 06:48 7 dəfə baxılıb

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti


Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.
"Report" xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.
Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R. Orucov və V. Şirinovun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR