16 yaşlı TikTok ulduzu intihar etdi

29-06-2020, 09:10 48 dəfə baxılıb

Hindistanın 16 yaşlı məşhur TikTok ulduzu Siya Kakkar intihar edib.

Hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib.

"Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi" deyə, o, bildirib.

Siyanın TikTok-da 1,5 milyon izləyicisi var idi. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR