Moskvadakı hadisələrə görə 3 azərbaycanlı həbs edilib

26-07-2020, 13:42 185 dəfə baxılıb

Rusiyada azərbaycanlılar və ermənilər arasında baş verən toqquşmalara görə saxlanılan 7 erməni sərbəst buraxılıb.

Musavat.com bununla bağlı erməni mediasına istnadən xəbər verir. Digər məlumata görə, polis saxladığı 3 azərbaycanlının həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.

İTAR TASS-ın yazdığına görə, onlar Moskvanın cənub-şərqində baş vermiş və bir nəfər Ermənistan vətəndaşının xəsarət aldığı kütləvi davanın iştirakçılarıdır.

Moskvanın Kuzminski məhkəməsindən bildirilib ki, Həmidov, Vəliyev və Zavidov barədə həbs qətimkan tədbiri seçilib. Onlar xuliqanlıq maddəsilə günahlandırılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR