Binədə azyaşlı qızlara qarşı əxlaqsızlıq edən pedofil tutuldu

27-07-2020, 11:35 199 dəfə baxılıb

Binədə azyaşlı uşaqlara qarşı seksual xarakterli hərəkət edən şəxs tutulub.

“MediaPost” xəbər verir ki, iki ay bundan əvvəl Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində 11 və 12 yaşlı qızlara qarşı seksual xarakterli hərəkət edən şəxs tutulub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının apardığı axtarışlar nəticəsində hadisəni törədən şəxsin 1975-ci il təvəllüdlü Eynullayev Eynulla Əmir oğlu olması müəyyən edilib.

Ekspertizanın rəyi E.Eynullayevin sözügedən əməli törətdiyini təsdiqləyib. Seksual manyak isə əməlini etiraf edib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə E. Eynullayevə 4 ay həbs qəti-imkan tədbiri seçilib, istintaq davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR