Qadın sığınacağına hücumla bağlı araşdırma aparılır - RƏSMİ AÇIQLAMA

13-01-2021, 09:24 25 dəfə baxılıb

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Cebhe.info-ya barədə sığınacağın məxsus olduğu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıblar. Sığınacağa hücum edənlər qadın əməkdaşa da xəsarət yetirib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər.

Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib. Bütün zəruri tədbirlərin görüləcəyinə inanırıq".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şəbə rəisi Elşad Hacıyev isə Cebhe.info-ya açıqlamasında bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır: “İlkin məlumata görə, hadisə ailə-məişət zəmnində baş verib”.

Saxlanılanların olub-olmadığı isə hələ ki, məlum deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR