Lökbatanda təpəlikdən yola təkər atan şəxslər saxlanılıb - FOTO/VİDEO

5-10-2023, 09:44 63 dəfə baxılıb

Lökbatanda təpəlikdən yola təkər atan şəxslər saxlanılıb - FOTO/VİDEO


Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Lökbatanda təpəlikdən yola təkər atan şəxslər saxlanılıb - FOTO/VİDEO

Lökbatanda təpəlikdən yola təkər atan şəxslər saxlanılıb - FOTO/VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR