Qadın kişini döydü, polis güclə ayırdı – Azərbaycanda - VİDEO

22-02-2024, 08:51 28 dəfə baxılıb

Qadın kişini döydü, polis güclə ayırdı – Azərbaycanda - VİDEO


Naxçıvanda qadının kişini döydüyünü əks etdirən görüntülər yayılıb.

Polis əməkdaşı hadisəyə müdaxilə edərək onları ayırıb.

Məlumata görə, insident kişinin qadına sataşmasından sonra yaşanıb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə fevralın 21-də baş verib:

"Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan (ad şərtidir) və Gülmira(ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib.

Naxçıvan MR DİN Mətbuat Xidmətindən verilən məlumata görə faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR