Ötən ay Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb

3-12-2025, 07:18 105 dəfə baxılıb

Ötən ay Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb


Ötən ay dövlət sərhədini pozan 27 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 15 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 586 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR