Kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - Azərbaycanda

23-09-2018, 11:58 412 dəfə baxılıb

Kişi qayınanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - Azərbaycanda



Saatlı rayonunda qətl hadisəsi baş verib.

Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR