Klubların indeks cədvəlində “Qarabağ” irəliləyib, “Neftçi” geriləyib

31-07-2020, 16:00 392 dəfə baxılıb

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, klubların indeks cədvəlində Azərbaycan təmsilçiləri də yer alıb.

Ən yaxşı komandamız “Qarabağ”dır. Ağdam klubu 1882 xalla 206-cı yerdədir. Qurban Qurbanovun yetirmələri 1 pillə irəliləyib. Təmsilçimiz Rumıniya “Botoşani”sini keçib.

1 pillə geriləyən “Neftçi” 1659 xalla 280-cidir. Bakılılar İtaliya “Leççe”sini özündən irəli buraxıb.

Hərəyə 1368 xal toplayan “Keşlə” və “Zirə” müvafiq olaraq, 393-cü və 394-cü yerlərdə qərarlaşıb. Hər iki komanda bir pillə geriləyib. Buna Rumıniya klubu “Çindia Tarqovişe” səbəb olub.

Digər komandalarımızdan “Sumqayıt” (1307 xal) 413-cü, “Qəbələ” (1297 xal) 415-ci, “Sabah” (1230 xal) 437-ci pillədə qalıb. Bir pillə geriləyib Norveç “Olesund”undan geri düşən “Səbail” (1212 xal) 440-cıdır.

Qeyd edək ki, 1-ci pillədə Almaniya “Bavariya”sı qərarlaşıb. İngiltərə “Liverpul”u 2-ci, İspaniya “Barselona”sı 3-cüdür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR