"Napoli"yə keç" - Messiyə transfer tövsiyəsi

14-12-2020, 12:18 171 dəfə baxılıb

İtaliya B seriyası təmsilçisi "Monza"nın futbolçusu Kevin-Prins Boatenq sabiq komanda yoldaşı olan "Barselona"nın kapitanı Lionel Messiyə "Napoli"yə keçməsini tövsiyə edib.

Qanalı oyunçu bu barədə ESPN-ə açıqlamasında bildirib. O deyib ki, argentinalı hücumçu dünyasını dəyişən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanı xatirəsini yaşatmaq üçün bu addımı atmalıdır:

"Düşünürəm ki, Messi müqaviləsi bitdikdə "Napoli" prezidentinə "Gəlirəm" deməlidir. Pulu deyil, qəlbinin səsini dinləyərək Maradonanın 10 nömrəli formasını qürurlandırmalıdır. Messi bu şəkildə karyerasına əfsanəvi bir nöqtə qoya bilər. O, A seriyasında da çempionluqlar yaşaya bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR