Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var

Bu gün, 06:18 5 dəfə baxılıb

Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var


Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.
"Report" xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR