ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.
“Bununla bağlı Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, “Anthropic” şirkətinin rəhbəri Dario Amodei ilə görüşəcəyini deyib: “Bu axşam “Anthropic”in rəhbəri ilə şam yeməyində görüşəcəyəm. Bu şirkət böyük hörmətə malikdir”.
Qeyd edək ki, daha əvvəl Amodei süni intellekt texnologiyalarının nəzarətsiz qalması halında bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.
Tramp isə süni intellekt texnologiyalarının inkişafının mümkün qədər sərbəst şəkildə davam etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Məlumat üçün bildirək ki, ABŞ liderinin açıqlaması Bakı vaxtı ilə 22:00-da baş tutacaq.
loading...