"Qarabağ" ÇL-də mübarizəni dayandırdı

15-08-2018, 00:13 308 dəfə baxılıb

"Qarabağ" ÇL-də mübarizəni dayandırdı


Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

"Qarabağ” növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi 20-ci dəqiqədə topu qapıdan çıxarmalı olub. Meydan sahiblərindən İvaniç fərqlənərək komandasını hesabda irəli keçirdib.
İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissəyə hücumlarla başlayan "Qarabağ" oyunun 54-cü dəqiqəsində bərabərliyi bərpa edib.
Qapı qarşısına ötürülən topu Miçel başla qapıdan keçirərək hesabı bərabərləşdirib.
Matçın 77-ci dəqiqəsində İnnosent Emeqara ikinci sarı vərəqə alıb və qırmızı vərəqə ilə meydanı tərk etməli olub. Təmsilçimiz oyunu 10 nəfərlə davam etdirib.
Oyun bu hesabla da başa çatıb. Çempionlar Liqası ilə vidalaşan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR