Rakitiç "Barsa"dan getmək istəyir

7-02-2019, 14:52 365 dəfə baxılıb

Rakitiç "Barsa"dan getmək istəyir


"Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç bu ilin yayında iş yerini dəyişə bilər.

"Sport.es” xəbər verir ki, "Ayaks”dan Frenki de Yonqun transfer edilməsi (holland mövsümün sonunda Kataloniya klubuna gələcək) Rakitiçin digər təklifləri nəzərdən keçirməsini şərtləndirən əsas amildi.

Artıq 2 top-klub Xorvatiya millisinin üzvüylə yaxından maraqlanır. Söhbət "Çelsi” və PSJ-dən gedir.



2014-cü ildən "Barsa”da olan Rakitiçin katalonlarla olan müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi. Sözügedən xavbek cari mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR