Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunsun - TƏKLİF

14-10-2020, 15:34 274 dəfə baxılıb

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu hökumətə və parlamentə maraqlı təklif irəli sürüb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında təkliflərini açıqlayan Qubad İbadoğlu əsaslandırmasını da yazıb.

Nazirlər Kabinetinə, Milli Məclisə və İqtisadiyyat Nazirliyinə vacib və aktual 2 təklifim vardır.
1. Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunsun. Bilirsiniz ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara gömrük rüsumları tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara ƏDV ilə yanaşı 15 faizə qədər gömrük rüsumları tətbiq olunmalıdır. Ermənilərə dəstək verən Rusiyaya gömrük rüsumlarına görə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın?. Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır.

Bildiyim qədər Milli Məclis 31 may 2020-ci ildə “Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiqi Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin inkişafına və ölkəyə daha çox türk malının gətirilməsinə səbəb ola bilər. Bu həmçinin türk istehsalı olan malların qiymətlərinin də ucuzlaşmasını şərtləndirərdi. Bununla biz keyfiyyətsiz Çin mallarının idxalının qarşısını ala bilərik. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır.
2. Təklif edirəm ki, istehlakçılara geri qaytarılan ƏDV bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülsün. Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da Edevegerial.az sistemi yaxşı işləmir, istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddı dəstək olardı.
Çalışaq ki, bunu kampaniyaya çevirək, yoxsa hökümətə təsir edə bilməyəcəyik. Xüsusilə də bəzi ölkələrin türk mallarını boykot etdiyi, türk lirəsinin dəyərdən düşdüyü bu həsas zamanda çox vacibdir. Odur ki, xahiş edirəm, bəyənin və çox paylaşın ki, əlaqədar dövlət orqanlarını hərəkətə gətirə bilək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR