Əcnəbilər Azərbaycandan 2 milyard dollar çıxarıb - İqtisadçı detalları açıqladı

17-12-2020, 09:46 76 dəfə baxılıb

İqtisadçı-ekspert Rövşən Ağayev pandemiya ilinin 9 ayında ölkənin ödəmələr balansı ilə bağlı maraqlı məqamlardan danışıb.

Cebhe.info xəbər verir ki, ekspert Azərbaycanın xaricdəki mülkiyyətindən (əmlakından) əldə etdiyi faiz gəlirləri, fiziki və hüquqi şəxslərimizin xaricdəki qazancları (mənfəətləri) hesabına ölkəyə 1.164 mlrd. USD daxil olduğunu deyib.

“Bundan 114 mln. USD neft-qaz sərmayələrinə görə əldə edilib. Yerdə qalan hissəsi güman ki, əsasən Neft Fondunun aktivlərinin idarə olunmasından daxilolmalardır. Eyni əməliyyatlar hesabına əcnəbilərin Azərbaycandan çıxardıqları vəsaitlərin həcmi 1.964 mlrd. USD olub. Bundan 1.474 mlrd. USD xarici neft şirkətlərinin əldə etdiyi mənfəətin repatriasiyası ilə bağlı olub. Təxminən 500 mln. USD xarici investorların qeyri-neft sektorundan əldə etdiyi mülkiyyət gəlirlərinə və mənfəətə aiddir

Başqa bir maralı məqam ticarət kreditləri və avansların aktivlər hissəsilə bağlıdır. 2015-2019-cu illər üzrə 9 aylıq tədiyə balansı statistikasına diqqət edin, bu maddə üzrə hər il 2.5 mlrd. USD-ə yaxın müsbət qalıq yaranıb (yalnız 2019-da +700 mln. USD). Ticarət kreditləri və avansların aktivlər hissəsi Azərbaycanın xaricə konsiqnasiya yolu ilə ixrac etdiyi məhsulların (xidmətlərin) və hələ ölkəyə daxil olmayan dəyərilə köçürmə edib hələ idxal etmədiyi məhsulların (xidmətlərin) dəyərinin cəmini əks etdirir. 2020-ci ilin 9 ayında bu maddə üzrə mənfi 86.7 mln. USD qalıq yaranıb və 2.5 mlrd. USD müsbət qalıqdan 86 mln. USD mənfi qalığa keçid analitik jurnalistikanın diqqətini çəkməyə bilərmi?”,-deyə iqtisadçı mediaya səslənib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR