Ölkədə qalan milyardlar: İqtisadiyyatda canlanma yaradacaq?

20-09-2019, 16:42 318 dəfə baxılıb

Ölkədə qalan milyardlar: İqtisadiyyatda canlanma yaradacaq?

Azərbaycandan çıxarılan kapital azalıb.

Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin I yarısında Azərbaycandan 1 milyard 396 milyon dollar kapital çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 317 milyon dollar və ya 18,5 faiz azdır. Ötən ilin 1-ci yarısında Azərbaycandan 1 milyard 713 milyon manat kapital çıxarılmışdı. 2019-cu ilin I yarımilliyi üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında deyilir:

"2019-cu ilin 1-ci rübündə tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (328.3 milyon dollar) artımı cəlb olunmuş investisiya ilə (1 milyard 724.2 milyon dollar) kapitalın repatriasiyası (çıxarılması) (1 milyard 395.9 milyon dollar) arasındakı fərqdən formalaşır".



İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, hər bir ölkənin valyutasının kursuna, o cümlədən iqtisadiyyatındakı investisiyalarına və pul dövriyyəsinə təsir edən amillərdən biri tədiyyə balansıdır: “Əgər bir ölkədən kapital axını daha az olarsa və həmin ölkəyə kapital axını çox olarsa, bu, müsbət bir amildir. Azərbaycanda da keçən ilə nisbətən bu il kapital axınının az olması, həm tədiyyə balansı üçün, həm də ölkədən valyuta çıxışının azalması kimi müsbət bir nəticədir. Eyni zamanda gələcəkdə yığılan vəsaitin ölkə daxilinə investisiyasını şərtləndirir. Əgər bir ölkədə pulun kənara çıxışı zəifdirsə, bu, o deməkdir ki, ölkədə qazanılan pulların bir çoxu elə həmin ölkənin öz iqtisadiyyatına yönəlir”.

İdxal-ixrac əməliyyatlarının həcminə gəlincə, ekspert qeyd edib ki, ticarət balansı tədiyyə balansının tərkib hissəsidir: “Ticarət balansı daha çox idxal-ixrac əməliyyatları ilə bağlıdır. Xaricə kapital axını müxtəlif səbəblərdən baş verir.

Tutaq ki, hər hansı bir məhsulun alışı üçün ölkədən kapital axını olur və o məhsul da ölkəyə gətirilir. Bir də var ki, həmin pul xaricə hər hansı bir əmlaka, səhmlərə, istiqrazlara və digər investisiyalar yatırılmaq məqsədilə çıxarılır. Bu isə, həmin ölkə üçün o qədər də müsbət sayılmır. Həmçinin investisiya başqa bank hesablarına da köçürülə bilər. Ölkədən çıxan pulun təyinatına baxmaq lazımdır. Əgər idxal üçün çıxan vəsait azalıbsa, bu həm də idxalın azalması deməkdir ki, bu da özünü ticarət balansında göstərəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR