Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq

27-03-2016, 14:54 610 dəfə baxılıb

Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq












Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya yeni aviareyslər açılacaq

APA-nın “baltika.fm” saytına istinadən verdiyi məlumata görə, bu barədə hava limanının operatoru məlumat yayıb.

Pulkovo hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar. Yay mövsümündə bu hava limanından Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.

Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR