Bakıda ŞOK: Hicablı qadın şəkili olan şərab satılır - FOTO
Paytaxt sakinləri Sabunçu rayonunda fəaliyyət göstərən mağazaların birində müsəlmanların heysiyyatına təsir edə biləcək mənzərənin şahidi olublar
Belə ki, hicablı qızı təsvir edən rəsm şərabın üzərinə yerləşdirilib. Bu mənzərə dindarlar tərəfindən etirazla qarşılanıb. Şərabın üzərinə hicablı qızın şəklinin vurulması məqsədli və ya bilmədən həyata keçirilməsi məlum deyil. Spirtli içkinin dində haram olduğu halda belə bir halın ortaya çıxması müəmmalıdır.
Şərabın hansı şirkətə mənsub olduğu məlum deyil.(azadxeber.az)