Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək

23-02-2019, 14:27 334 dəfə baxılıb

Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayev milli valyuta olan tenqenin banknot və sikkələrinin dizaynının yeni konsepsiyası barədə fərman imzalayıb.

Bu barədə “Tengrinews.kz” nəşri məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstan milli valyutasının banknotları və sikkələrindəki yazı yalnız qazax dilində olacaq.

Kolleksiya və investisiya sikkələrində digər dillərdə yazılara icazə verilir.

Bundan əvvəlki konsepsiyada banknot və sikkələrdə qazax dilindən əlavə, rus dilində də yazı var idi.

Fərman imzalandığı gündən qüvvəyə minir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR