YPX-nın 13-cü taqımının əməkdaşları bazar açıblar - VİDEO

9-10-2015, 00:57 898 dəfə baxılıb

YPX-nın 13-cü taqımının əməkdaşları bazar açıblar - VİDEO











Əməkdaşların hər ay öz rəislərinə 1000 manat haqq verdikləri iddia olunur

Ölkəni ağuşuna almış korrupsiya və rüşvət əndazə tanımadan «yüksəlir» və artır. Xüsusən DYP sistemində polis əməkdaşlarının əmək haqları artırılsa da, ortada «hörmət» və «şirinlik» məsələsini yığışdırmaq mümkün deyil. Hərçənd pul alınmasının tək məsuliyyətlisi qismində sıravi polis əməkdaşlarını görmək yanlışlıqdır. Ona görə ki, bu işə onları məhz rəisləri təhrik edirlər.

Yevlax – Bərdə yolunda yerləşən postda YPX-nın 13-cü taqımının əməkdaşları sözün əsl mənasında bazar açıblar. Onlar radar nişanı qoyulmayan ərazilərdə gizli radar quraraq sürücülərin başına olmazın oyunlar açırlar. Həmçinin bu qrup Bərdə rayonunun girəcəyində yerləşən Dövlət Bayrağının ətrafına gizli radar qoyaraq haqq yığmaqla məşğuldurlar. Bu əməliyyatlar həmçinin şəhərin avtovağzala yaxın ərazisində də “uğurla həyata keçirilir”. Aldığımız məlumata görə bunun müqabilində əməkdaşlar hər ay öz rəislərinə 1000 manat haqq verirlər.
Biz bu barədə 13-cü taqımın komandiri Aqil Məmmədovla, sonradan Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb problemlə bağlı məlumat verib, tədbir görülməsini xahiş etdik. Onların hər ikisinin cavabı təxminən üst-üstə düşürdü. “Burada nə var ki, əməkdaşlar sürücüdən nəsə almırlar ki. Boş şeydir… Kimə müraciət etmək istəyirsinizsə edin.”
Sizə təqdim edəcəyimiz videogörüntülərə diqqətlə baxın. Sürücü DYP maşınına yaxınlaşıb, əlini pəncərədən içəri uzadır və dərhal əlini çəkib öz maşınına sarı gedir. Təbii sürücü maşındakı əməkdaşlara pul verir.
Biz həmin videogörüntüləri geniş oxucu kütləsinə çatdırmaqla DYP sistemində baş verən bu kimi qanunsuzluqları bir daha aidiyyatı qurumlara çatdırmağı özümüzə borc bildik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR