Ramanada 16 və 17 yaşlı gənclər qadını evində bıçaqladılar
![]()
BPİ məlumat yaydı
Bakının Ramana qəsəbəsinin Şuşa şəhərciyində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər.
Məlumata görə, noyabrın 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib.
Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.