Mavilər cəmiyyəti korlayır və bunlar irəli çəkilərək təbliğ olunur — Qamət Süleymanov

19-05-2020, 11:18 297 dəfə baxılıb

Mavilər cəmiyyəti korlayır və bunlar irəli çəkilərək təbliğ olunur — Qamət Süleymanov


Cəmiyyətdə LGBT – Lezbiyan, Gey, Biseksual və Transgenderlər çoxalıb və fikir versəniz bunların əsasən “Azadlıq”, “İnsan Hüquqları” şüarlarından istifadə edərək artmasını görərsiniz.

Bu fikirləri saytımıza “Əbu Bəkir Məscidi”nin imamı Qamət Süleymanov bildirirb.

“İslam insan, qadın və hətta heyvan hüquqlarına yer və önəm verən bir dindir. Hər bir şeyin həddi var. Bu o demək deyil ki, hər nə etsən icazəlidir. O zaman işıqforlarda dayanmaq qadağası götürülsün. Əlbətdə ki, yox, buna ehtiyac var. Bəli, buna da ehtiyac var, qadağan olmalıdır. Mavilər cəmiyyəti korlayır, ailələr korlanır, nəsil korlanır, nəticədə cəmiyyət məhv olur.

Fikir versəniz bunun yayılmasının, təbliğatı aparılır və müxtəlif yollarından istifadə edilir. Məsələn, göstərilir ki, mavidir, lakin ən yaxşı müğənnidir və prodüserləri tərəfindən bu adamın irəli çəkilməsi, reklamı edilir. Məsələ yaxşı oxumaqda deyil, belə baxsan o qədər yaxşı müğənnilər var ki. Məqsəd insanların gözünün mavilərə öyrəşməsi, adiləşməsidir. Bu gün bu məsələ artıq dünya səviyyəsindədir. Fikir versəniz məşhur insanlarln 99%-i bu cür insanlardır. Fərq etmir kişidir, yoxsa qadın. Əksəriyyəti bu kimi insanlardır və irəli çəkilərək təbliğ olunur.

Azərbaycana da Elka (Elton Con) gəlmişdi və ən təəccüblüsü isə o idi ki, stadion maviyə qulaq asmaq üçün insanlarla dolmuşdu. Bu gün Qərb də bunların yayılmasında, təbliğində maraqlıdır və bunun üzərində işləyir. Artıq Böyük Britaniyada hətta kilsə kişi ilə kişinin evlənməsinə icazə verib və kəbinlərini kəsir. Əslində isə bunları kökündə cəmiyyəti pozmaq, mənəviyyatı məhv etmək durur.” – deyə Qamət Süleymanov qeyd edib.(nocomment.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR