Azərbaycanda şadlıq sarayında bomba həyəcanı

2-01-2016, 00:35 668 dəfə baxılıb

Azərbaycanda şadlıq sarayında bomba həyəcanı


















Dekabrın 30-da Xaçmazdakı Şadlıq saraylarından birinə bomba qoyulması barədə yalan məlumat verən telefon dələduzu tutulub

Xaçmaz Polis Şöbəsinin (PŞ) növbətçi hissəsinə rayonun Almas şadlıq sarayına bomba qoyulması haqda məlumat daxil olub. Məlumatı özünü Samir Süleymanov kimi təqdim edən şəxs verib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və xəbərin yalan çıxmasından sonra Samir Süleymanov həbs edilib. Xaçmaz PŞ-nin müstəntiqi Elxan Allahverdiyevin sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs adını da yalan deyib.

"Yalan məlumat verən şəxsin adı Samir Süleymanov deyil, Şamil Süleymanovdu. Sərxoş halda olarkən bu əməli törədən Süleymanov Xaçmazın istənilən yerində partlayış olacağını bildirib."

Saxlanılarkən polisə müqavimət də göstərən 1962-ci il təvəllüdlü Şamil Süleymanovun barəsində artıq Xaçmaz PŞ-də Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb. Qəsdən terrorçuluq barədə səhv məlumat verməni təsbit edən bu maddə ilə Şamil Süleymanovu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Daha əvvəl telefon dələduzu Quba şəhərində polisə Beynəlxalq Bankın həmin şəhərdəki filialında bomba olduğu haqda yalan məlum vermişdi.(anspress.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR