Binəqədidə 41 yaşlı şəxsin boğazını kəsdilər

6-05-2016, 10:42 564 dəfə baxılıb

Binəqədidə 41 yaşlı şəxsin boğazını kəsdilər















O, ağır vəziyyətdə xəstəxanaya gətirilib

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib.

APA-nın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, ev 4-də yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib.

O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib.

Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü-özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR