"Zaralar, mixitaryanlar Bakının yolunu su yoluna döndəriblər, amma Qarabağ camaatı..."

3-09-2018, 10:58 669 dəfə baxılıb

"Zaralar, mixitaryanlar Bakının yolunu su yoluna döndəriblər, amma Qarabağ camaatı..."



Dəyərli jurnalistlər, sayt rəhbərləri, bu fotonu Azərbaycan XİN - nin sözçüsü Hikmət bəyə və cənab nazirə çatdırmağınızı xahiş edirəm. Bu, "Qarabağ"ın "Avroliqa"dakı rəqibi "Arsenal"ın erməni futbolçusu Mixitaryandır. Ölkəmizin qanunları Azərbaycanın rəsmi orqanlarının icazəsi olmadan onun ərazisinə daxil olan hər kəsi arzuolunmaz şəxs hesab etməklə onun ölkəyə girisinə qadağa qomaq və beynəlxaq axtarışa vermək hüququ var. Bu erməni futbolçu bir necə dəfə qanunsuz olaraq Qarabağa səfər edib. XİN isə "Arsenal"ın tərkibinə baxacaqlarını və fikir bildirəcəkləini söyləyib.


Cənab Hikmət bəy, Mxitaryan hətta Qarabağın separatçı rejiminə dəfələrlə maddı və mənəvi kömək göstərdiyini bəyan edib. Zaralar, mixtaryanlar Bakının yolunu su yoluna döndəriblər. Amma 25 ildir Qarabağ camaatı öz doğma yurduna gedə bilmir. Bu status da sizin açıqlamanıza cavabdır. Məşhur bir serialda deyildiyi kimi "Demədi, deməyin!"...

Vaqif Əlisoy, Qarabağ Qazisi


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR