"Xahiş edirəm bu polislərə qarşı ölçü götürün"

24-09-2019, 19:22 454 dəfə baxılıb

"Xahiş edirəm bu polislərə  qarşı ölçü götürün"


Salyan rayonu ,Sarvan kəndi, Əsədov Təbriz Fərəc oğlu redaksiyamıza məktub yollayıb. Vətəndaş saytımız vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər naziri Vilayət Eyvazova şikayət ünvanlayıb. Həmin şikayəti olduğu kimi dərc edirik:

"Hörmətli cənab Nazir!!!

Bildirirəm ki, 11.06.19 tarixdə Sizə ərizə ilə müraciət edərək Biləsuvar polisindən şikayət vermişdim. Belə ki, may ayının 23 –də Biləsuvar polisi mənə heç bir xəbərdarlıq etmədən , heç bir göndəriş göndərmədən ailə üzvlərimin gözləri qarşısında evimizə basqınedərək mənə qarşı zor tətbiq etməklə qolumu qandallamış,mən müqavimət göstərdikdə isə boğazımdan tutub məni boğaraq kürəyimə dirsəkləri ilə zərbələr endirməklə mənə xəsarət yetirmişlər. Anam bunu gördükdə qabağa keçmiş, məni döyən polislərə mane olmaq istədikdə, polis anamın qolunu buraraq onun boğazından tutub boğaraq onu itələmişlər.Anam yerə yıxılaraq başından zədə almışdır.Anam“102 –yə müraciət edəcəyəm” dedikdə anama polis “istəyirsən 502 –yə müraciət et” demişdir.Sonradan anamın halı pisləşmiş, qardaşım 102 yə müraciət etmişdir.Bir neçə saatdan sonra polisdən gəlib yazıb getmişlər.
Məni Biləsuvar Polisində 2 sutka qanunsuz olaraq saxladılar.Adi bir mülkü məsələ ilə bağlı. Kiminsə sifarişi ilə məni ora aparıb incitdilər.
Mənim Sizə şikayətimdən sonra onlar həmin işi rədd qərarı verməklə kifayətləndilər.

Hörmətli Nazir!!!

Bu işlə bağlı Salyan polisi işi 20 gündən sonra Salyan rayon Prokurorluğuna göndərdi.Salyan prokurorluğu üstündən 20- 22 gün keçəndən sonra məni və anamı ekspertizaya göndərdi.Sual edirəm 22 günə bədəndə xəsarətmi qalar? Bu nə araşdırmadır ki?? Bir müddət gözlədik.Bu dəfə mənə Biləsuvar prokurorluğundan zəng gəldi.Mənə dedilər ki, sizin işi ora göndəriblər.Maraqqlıdır ki, hadisə Salyanda olubsa işə Biləsuvar prokurorliğu niyə baxmalıdır??? Mən Salyan Prokurorluğuna müraciət edərək işi Biləsuvara göndərdiyi qərarı istədim.Mənə heç nə vermədilər,dedilər ki, Biləsuvara get.Biləsuvar da məndən çağırıb izahat aldı vəssalam!!! Sonradan nəticə ilə bağlı zəng etsəm də ,telefonlarıma bu günə kimi cavab vermədilər.Bu günə kimi də gözləyirəm.

Hörmətli Nazir!!!

Mənim anam o hadisədən sonra bərk stress keçitdi , hal- hazırda xəstədir, müalicə altındadır.
O hadisədən mən də bərk stress keçirmişəm.Ananın gözü qarşısında balasını , oğulun gözü qarşısında ananı döymək!!! Bu bilirsinizmi nədir? Özünə , anasına ,övladına və nəhayət geydiyi formasına qiymət verməyən ,ona hörmətsizlik edən belə polisə nə ad vermək olar? İlk dəfə mən öz acizliyimi dərk edərək ağladım. “ Kişi ağladıqca qeyrətsizləşir” deyirlər.Məni qeyrətsiz edən sizin şanlı polislərinizdir.!!!
Bu polislər hələ də cəzasızlıqdan kef edirlər.Əlləri ciblərində gəzib yenə də kiminsə övladının qarşısında ya atasını döyüb alçaldacaq, ya da kiminsə atasının ya anasının qarşısında, ya da arvadının qarşısında övladını ya ərini döyüb təhqir edib alçaltmaqla zövq alacaqlar .Zövqü isə cəzasızlıqdan alacaqlar.!!!Onlara “dur” deyən olmayacaq!!! Ən azından ona görə ki, bizim ərizələrə gəlir mənbəyi kimi baxan orqan işçiləri, polislərimiz var! Belə polislərin ucbatından acizliyimizi dərk edib, əlacsızlıqdan boğularaq bizləri intihara sürükləyəcək.Ya da bizi Gəncəli Yunis kimi hərəkət etməyə məcbur edəcəklər!!!
Onlara “Dur” deyən olmayacaq!!! Digərləri “Araşdırdıq, fakt təsdiqini tapmadı” şablon cavab deməklə “ paqon dostlarını”“Prav”çıxaracaqlar.Çünki, bu əmri onlara verən var!!! O da onları himayə edəcək!!!

Hörmətli Vilayət Eyvazov

Mən heç kimə belə alçalmağı rəva bilməzdim.Bir anlıq özünüzü mənim yerimə qoyun. (ALLAH ELƏMƏSİN!!!) Bizi cinayətə belə polislər sürükləyir. Hər gün əlimi göyə tutub Allaha dua edirəm:“Məni polisdən,onun şərindən qoru ,ay Allah!!!”” Başqalarının öhdəsindən özüm gələrəm!!!
Xahiş edirəm bu polislərə qarşı ölçü götürün!!!!Bunları Siz təyin etmisiz axı, maaşı da sizin idarədən alırlar!!!

Təbriz Əsədov ”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR