Bakıda daha bir hamilə qadın koronavirusdan öldü - Həkimdən xəbərdarlıq

29-06-2020, 18:47 306 dəfə baxılıb

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test edilib. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub:

“29 həftəlik hamilə qadın iyunun 24-ü gecə saat 01-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR